Quşlar

Gəzinti zamanı  sən şübhəsiz ki balaca  sərçələri, sakit göyərçinləri və bərkdən “qar-qar” edən qarğaları  görmüsən.


Bütün bunlar quşlardır. Quşların digər canlılardan fərqi ondadır ki, onların  lələyi və dimdiyi var, insan əllləri və ya heyvan pəncəsi əvəzinə isə qanadları  var. Məhz qanadları sayəsində quşların əksəriyyəti uça bilir (bəziləri  isə uça bilmir, məsələn: dəvəquşu).Quşların daha bir fərqləndirici  xüsusiyyəti onların çoxalma (artma) üsuludur. Quşlar yumurta qoyur, onu öz bədən  istisi ilə isidir (qırt oturur) və bir neçə müddət sonra yumurtalardan balaca  balalar çıxır.

Bir çox quşlar - arıquşu, göyərçin, sağsağan, sərçə və qarğalar şəhərdə  yaşamağa  uyğunlaşıblar. Burada onlar özlərinə  sığınacaq və qida tapa bilirlər. Çox vaxt insanlar quşlara kömək edir:  göyərçin damı və sığırçın yuvası tikir, onlar  üçün yem qabı düzəldirlər.
Meşədə bu və digər quşlar yaşayırlar.

  Yayda meşədə gəzərkən ağac üzərinə xırda-xırda tıqqıltılar eşidirsənsə,  deməli hardasa yaxınlıqda ağacdələn var. O, boş yerə tıqqıldatmır, ağacların qabığı  altından həşəratları çıxararaq öz naharını əldə edir. Yayda o, çox vaxt ağac həşəratları  ilə qidalanır, qışda isə həşəratları tapmaq mümkün olmadıqda, iynəyarpaqlı  ağacların toxumları ilə kifayətlənirlər.
Meşədə “dəmirçixana” adlandırılan ağacdələn  yuvalarına rast gəlmək olar. Belə yuvalar  kötük və ovulub tökülən gövdələrdə yerləşir. Ağacdələnlər  qoza və ya palıd qozalarını yuvalarına doldururlar ki, sonra onları asanlıqla ordan  çıxara bilsinlər.

Bu quş öz adını çıxardığı “ku-ku” səsinə görə alıb.  “Ququ quşu” heç vaxt balalarını özü çıxarmır. O, həmişə yumurtalarını başqa  quşların yuvalarına atır.
Böyümüş bala ququ quşu digər bala quşları yuvadan atır, atılmış  balaların valideynləri isə həmin bala ququ quşunu yedizdirməyə davam edirlər.

Bu  görünüşcə görkəmsiz quşa bir çox  yazıçı və şairlər öz əsərlərini həsr ediblər.  Bütün oxuyan quşlar  arasında bülbül haqlı olaraq ən şirin səsli “ifaçı” adına layiq görülmüşdür.

 

Tapşırıq Şəkillərə bax: Quşlardan hansını tanıyırsan? Hansı  quşlara rast gəlmisən və harada?


 

 Baxıldı:58696

 
QEYDLƏR